Mətbuat konfransının sonunda Tramp tezliklə yeni görüşə ümid etdiyini bildirib və bundan sonra Putinlə əl sıxışıb.
Liderlərin mətbuat konfransı 12 dəqiqə yarımdan sonra başa çatıb. Onlar jurnalistlərin suallarını cavablandırmayıblar.
Tramp və Putin Alyaskada görüşdü
15 avqust 2025
Trampın yanına Zelenski ilə kimlər gedir...
Bazar ertəsi ABŞ prezidenti Donald Trampla danışıqlar üçün Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə Vaşinqtona gedəcək Avropa nümayəndə heyətinin tərkibi müəyyənləşib.
- Fransa prezidenti Emmanuel Makron
- Almaniya kansleri Fridrix Merts
- Böyük Britaniyanın baş naziri Kir Starmer
- İtaliyanın baş naziri Corca Meloni
- Finlandiya prezidenti Aleksandr Stubb
- Avropa Komissiyasının sədri Ursula fon der Lyayen
- NATO-nun baş katibi Mark Rutte.
Zelenski ilə Tramp arasında görüş Amerika prezidenti və Rusiya lideri Vladimir Putinin sammitindən sonra baş tutacaq.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirmişdi ki, Vaşinqtonda görüşün əsas mövzusu "ərazilərin mübadiləsi məsələsi" olacaq. Onun sözlərinə görə, Moskva Ukraynanın beş regionu ilə bağlı güzəştə gedib.
"Əsas məsələ ərazilərin mübadiləsi məsələsidir... Bunu bazar ertəsi müzakirə etmək niyyətindəyik. Ümidvaram ki, bu məsələdə müəyyən aydınlığa nail olacağıq və ümid edirəm ki, bütün bunlar tezliklə sülh sazişi ilə başa çatacaq", - o, CNN telekanalının efirində deyib.
"Reuters" və "The Financial Times"ın yazdığına görə, Alyaskada danışıqlar zamanı Rusiya Ukrayna ordusunun hələ də Kiyevin nəzarətində olan Donbas ərazilərindən geri çəkilməsi müqabilində Zaporojye və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasını təklif edib.
Zelenski Ukrayna Konstitusiyasını əsas gətirərək ərazi güzəştlərini rədd edib. "Ərazi məsələsi... yalnız ABŞ ilə üçtərəfli görüşdə Ukrayna və Rusiya liderləri tərəfindən müzakirə olunmalıdır", - o əlavə edib.