Keçid linkləri

2025, 18 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:17
Vladimir Putin və Donald Tramp Alyaskanın Ankoric şəhərindəki "Elmendorf-Riçardson" hərbi bazasında.
Vladimir Putin və Donald Tramp Alyaskanın Ankoric şəhərindəki "Elmendorf-Riçardson" hərbi bazasında.

Tramp-Putin görüşü bitdi. 'Razılaşma yoxdur'

Bu gün ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini və bir sıra Avropa liderlərini Ağ evdə qəbul edəcək. Görüş Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı sammitindən sonra baş tutacaq.

Tramp Zelenskiyə sülh naminə Krımdan və NATO-dan əl çəkməyi təklif edir

ABŞ prezidenti Donald Tramp deyir ki, Ukrayna prezidenti Volodimir Zelenski Krımdan və NATO üzvlüyündən imtina etsə, Rusiya ilə münaqişəni dərhal dayandıra bilər.

"Ukrayna prezidenti Zelenski istəsə, demək olar, dərhal Rusiya ilə müharibəyə son qoya bilər... Hər şeyin necə başladığını xatırlayın. [Barak] Obamanın (12 il əvvəl bir atəş açmadan) verdiyi Krımın qaytarılması və Ukraynanın NATO-ya daxil olması mümkün deyil. Bəzi şeylər heç vaxt dəyişmir", - Tramp "Truth" hesabında yazıb.


Trampın yanına Zelenski ilə kimlər gedir...

Bazar ertəsi ABŞ prezidenti Donald Trampla danışıqlar üçün Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə Vaşinqtona gedəcək Avropa nümayəndə heyətinin tərkibi müəyyənləşib.

- Fransa prezidenti Emmanuel Makron

- Almaniya kansleri Fridrix Merts

- Böyük Britaniyanın baş naziri Kir Starmer

- İtaliyanın baş naziri Corca Meloni

- Finlandiya prezidenti Aleksandr Stubb

- Avropa Komissiyasının sədri Ursula fon der Lyayen

- NATO-nun baş katibi Mark Rutte.

Zelenski ilə Tramp arasında görüş Amerika prezidenti və Rusiya lideri Vladimir Putinin sammitindən sonra baş tutacaq.

Bundan əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirmişdi ki, Vaşinqtonda görüşün əsas mövzusu "ərazilərin mübadiləsi məsələsi" olacaq. Onun sözlərinə görə, Moskva Ukraynanın beş regionu ilə bağlı güzəştə gedib.

"Əsas məsələ ərazilərin mübadiləsi məsələsidir... Bunu bazar ertəsi müzakirə etmək niyyətindəyik. Ümidvaram ki, bu məsələdə müəyyən aydınlığa nail olacağıq və ümid edirəm ki, bütün bunlar tezliklə sülh sazişi ilə başa çatacaq", - o, CNN telekanalının efirində deyib.

"Reuters" və "The Financial Times"ın yazdığına görə, Alyaskada danışıqlar zamanı Rusiya Ukrayna ordusunun hələ də Kiyevin nəzarətində olan Donbas ərazilərindən geri çəkilməsi müqabilində Zaporojye və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasını təklif edib.

Zelenski Ukrayna Konstitusiyasını əsas gətirərək ərazi güzəştlərini rədd edib. "Ərazi məsələsi... yalnız ABŞ ilə üçtərəfli görüşdə Ukrayna və Rusiya liderləri tərəfindən müzakirə olunmalıdır", - o əlavə edib.

Tramp və Putin Alyaskada görüşdü

15 avqust 2025



Liderlərin mətbuat konfransı 12 dəqiqə yarımdan sonra başa çatıb. Onlar jurnalistlərin suallarını cavablandırmayıblar.

Davamı

XS
SM
MD
LG