"Putin Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə razıdır. Kim nə ilə məşğul olacaq - bu masada müzakirə edilməli olan əsas sual budur", - Tramp avropalılara deyib.
Zelenski bildirib ki, ərazi məsələləri üçtərəfli görüşdə müzakirə olunacaq.
NATO-nun baş katibi Mark Rutte Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak etməyə hazır olduğunu bildirib və bunu "ən vacib məsələ" adlandırıb.
Almaniya kansleri Fridrix Merts Trampın sülhə yol açdığını, lakin növbəti addımların çətin olacağını deyib. Onun sözlərinə görə, atəşkəs olmadan danışıqların başlamasını təsəvvür etmir.