Zelenski ərazi güzəştləri ilə bağlı suala cavab verməyib. O, münaqişə zamanı seçkilərin keçirilməsi ehtimalını rədd edib.
Tramp deyib ki, bugünkü danışıqlar uğurlu olarsa, o zaman Vladimir Putinlə üçtərəfli görüş keçiriləcək. O, Avropa liderlərinin də gəlişini nəzərə alaraq bugünkü görüşü "üçtərəfli" adlandırıb.
Ukraynanın NATO-ya qoşulması ilə bağlı suala cavabında Tramp deyib ki, Rusiyanın buna heç vaxt icazə verməyəcəyinə dair açıqlamaları olub: "Biz heç vaxt belə bir şeyi müzakirə etməmişik. Bu gün bunu müzakirə edəcəyik, biz çox yaxşı təhlükəsizlik zəmanətləri verməyə hazırıq".
Tramp danışıqlardan sonra Putinə zəng edəcəyini bildirib.